Azərbaycanda Qarabağ müharibəsində əlillik dərəcəsi almış vətəndaşlarla bağlı məlumat bazası yaradılıb

Azərbaycanda Qarabağ müharibəsində əlillik dərəcəsi almış vətəndaşlarla bağlı məlumat bazası yaradılıb Hazırda Azərbaycanda 55 min nəfər Qarabağ müharibəsi veteranı kimi dövlətdən sosial müavinət alır
Sosial müdafiə
29 Noyabr , 2014 11:47
Azərbaycanda Qarabağ müharibəsində əlillik dərəcəsi almış vətəndaşlarla bağlı məlumat bazası yaradılıb

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Qarabağ müharibəsində əlillik dərəcəsi almış vətəndaşlarla bağlı məlumat bazası yaradılıb. "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev bildirib.

Ç. Əliyevin sözlərinə görə, artıq Nazirliyin rəsmi internet saytı üzərindən Qarabağ müharibəsi əlillərinin sosial təminatı ilə bağlı bazaya çıxış yerləşdirilib. Hazırda bazada 11432 nəfər Qarabağ müharibəsi əlilinin bu günə qədər dövlət tərəfindən hansı sosial təminatlarla əhatə olunmasına dair məlumatlar var. Orada əlillik dərəcəsi, avtomobil, mənzil təminatı, sosial yardım almaq hüququ və digər məsələlər əksini tapıb.

ƏƏSMN-də yenidən dəqiqləşdirmələrdən sonra Qarabağ müharibəsi əlillərinin sayında elə bir ciddi artım müşahidə olunmadığını deyən nazirlik rəsmisinin sözlərinə görə, hərbi həkim komissiyası tərəfindən onlara əlillik dərəcəsinin verilməsinə səbəb olan sənədlər bizim zona ekspert komissiyalarına göndərilir: "Təbii ki, hərbi hospitallar bu sənədləri arxiv sənədlərinə əsasən verirlər. Onu da qeyd edim ki, 90-cı illərdə döyüşən insanların hamısının fərdi uçotu aparılmırdı. Ona görə də çox sayda könüllü taborlarda döyüşən insanlar həmin vaxt uçotun olmaması səbəbindən status almaqda çətinlik çəkirlər".

Ç.Əliyev bildirib ki, hazırda Azərbaycanda 55 min nəfər Qarabağ müharibəsi veteranı kimi dövlətdən sosial müavinət alır.

Son xəbərlər

Orphus sistemi