Azərbaycanda qadınların cinayət törətməsinin səbəbləri açıqlanıb

Azərbaycanda qadınların cinayət törətməsinin səbəbləri açıqlanıb "Ölkədə cinayət törədən qadınların sayında ilbəil azalma müşahidə olunur"
Sosial müdafiə
24 Oktyabr , 2015 17:49
Azərbaycanda qadınların cinayət törətməsinin səbəbləri açıqlanıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ "Qadınların cinayət törətməsinin əsas səbəbi ailə münaqişələri və ailədaxili problemlərdir". Bunu "Report"a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.

O bildirib ki, qadınların əksəriyyəti özlərini təcavüzdən qorumaq məqsədi ilə cinayətə əl atırlar: "Qadınların cinayət törətmələrinin tamah, adam oğurluğu, insan alveri, fahişəliyə cəlb etmə və s. səbəbləri var.

Son dövrlərdə cinayət törədən qadınların ən çoxu ailə daxilində dözülməz münasibət və davamlı münaqişələrə etiraz edənlərdir. Dözülməz ailə problemləri onları cinayətə sövq edir".

A.Veysəlova əlavə edib ki, cinayət törədənlərin əksəriyyəti kişilərdir: "2014-cü ildə 15 560 nəfər cinayət törətmiş şəxs qeydə alınıb ki, onların 971 nəfəri qadındır".

Baş məsləhətçi xatırladıb ki, 2010-cu illə müqayisədə 2014-cü ildə cinayət törədən qadınların sayı 2,4 dəfə azalıb: "2010-cu ildə 2 318, 2011-ci ildə 2 074, 2012-ci ildə 1 677, 2013-cü ildə 1 012, 2014-cü ildə 971 nəfər cinayət törətmiş qadın olub. Azərbaycanda cinayət törədən qadınların sayında ilbəil azalma müşahidə olunur".

Son xəbərlər

Orphus sistemi