​Azərbaycanda qadın və kişilərin say balansı XX əsrin əvvəllərində olan göstəriciyə doğru gedir

​Azərbaycanda qadın və kişilərin say balansı XX əsrin əvvəllərində olan göstəriciyə doğru gedir 1926-cı ildə hər min kişiyə 908 qadın düşüb
Sosial müdafiə
24 Sentyabr , 2015 17:44
​Azərbaycanda qadın və kişilərin say balansı XX əsrin əvvəllərində olan göstəriciyə doğru gedir

Bakı. 24 sentyabr. REPORT.AZ/ Son 40 ildə Azərbaycanda kişi və qadınlar arasında say fərqinin nisbətən azalması müşahidə olunur. "Report" Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, 1926-cı ildə Azərbaycanda olan 2 milyon 313 min əhalinin 47,6 faizini qadınlar, 52,4 faizini isə kişilər təşkil edib. Həmin il hər min nəfər kişiyə düşən qadınların sayı 908 olub. 1939-cu ildə hər min nəfər kişiyə 951 qadın düşdüyü halda, 1959-cu ildə bu rəqəm 1073 olub. Sonrakı illərdə Azərbaycanda hər min nəfər kişiyə düşən qadınların sayı 1073, 1064, 1032, 1025 və s. rəqəmlər arasında dəyişib. Son illərdə isə qadın və kişilərin sayında nisbətən balans yaranmağa başlayıb. Bu il 9 milyon 593 min olan Azərbaycan əhalisinin 49,8 faizini kişilər, 50,2 faizini qadınlar təşkil edib. Hər min nəfər kişiyə düşən qadınların sayı 1009 nəfər olub.  

Son xəbərlər

Orphus sistemi