Azərbaycanda Prezident təqaüdünün məbləği 30 faiz artırılıb

Azərbaycanda Prezident təqaüdünün məbləği 30 faiz artırılıb Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb
Sosial müdafiə
11 Oktyabr , 2016 18:36
Azərbaycanda Prezident təqaüdünün məbləği 30 faiz artırılıb

Bakı. 11 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləğinin artırılması haqqında fərman imzalayıb. 

"Report"un məlumatına görə, məqsəd ölkənin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrdə böyük əməyi olan şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial müdafiəsinin daha da gücləndirilməsidir. 

Sənədə əsasən, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği artırılaraq 1300 manat müəyyən edilib.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu fərman 2016-cı il noyabrın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği bundan əvvəl 1 000 manat olub. 

Son xəbərlər

Orphus sistemi