Azərbaycanda özəl şirkətlər 129 min manat cərimələnib

Azərbaycanda özəl şirkətlər 129 min manat cərimələnib ​Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin pozulması faktları ilə bağlı müvafiq tədbirlər görüb
Sosial müdafiə
8 Dekabr , 2014 14:32
Azərbaycanda özəl şirkətlər 129 min manat cərimələnib
Bakı. 8 dekabr.REPORT.AZ/ Cari ilin noyabr ayı ərzində Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən həyata keçirilən dövlət nəzarəti zamanı ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinin pozulması ilə bağlı ümumilikdə 1953 fakt aşkar olunub.

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Aparılan təhlillər zamanı bu hüquq pozuntularına əsasən özəl sektora aid müəssisələrdə, topdansatış, ticarət və ictimai iaşə, tikinti sektorlarında yol verildiyi müəyyən olunub. İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinə uyğun olaraq, həmin hüquq pozuntuları ilə əlaqədar aidiyyəti işəgötürənlərə tətbiq olunmuş cərimələrin 40,1 faizi (128 969 manat) dövlət büdcəsinə ödənilib. Qeyd olunan göstərici 2013-cü ilin noyabr ayına dair müvafiq göstərici ilə müqayisədə 26,9 dəfə çoxdur.

Qeyd edək ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin gücləndirilməsi işçi vətəndaşların əmək hüquqlarının təminatına, iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına işəgötürənlərdə məsuliyyət hissinin artırılmasına xidmət edir.

Son xəbərlər

Orphus sistemi