Azərbaycanda ölüm səviyyəsi dəyişməyib

Azərbaycanda ölüm səviyyəsi dəyişməyib Azərbaycana daimi yaşamaq üçün 1808 nəfər gələn və 688 nəfər ölkədən gedən qeydə alınıb
Sosial müdafiə
15 Oktyabr , 2015 14:46
Azərbaycanda ölüm səviyyəsi dəyişməyib

Bakı. 15 oktyabr. REPORT.AZ/ Keçən illə müqayisədə bu ildə də Azərbaycanda ölüm səviyyəsi dəyişməyərək eyni səviyyədə qalıb. Dövlət Statistika Komitəsindən "Report"a verilən xəbərə görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ilin 8 ayı ərzində 37,2 min ölüm halı qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə hesabı ilə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi dəyişməyərək eyni səviyyədə (5,9) qalıb.

Bundan başqa, bu ilin yanvar-avqust ayları ərzində Dövlət Miqrasiya Xidmətinin və Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1808 nəfər gələn və 688 nəfər ölkədən gedən qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi