​Azərbaycanda “İstedadlı əkizlər” adlı yarış keçirilib - FOTO

​Azərbaycanda “İstedadlı əkizlər” adlı yarış keçirilib - FOTO Yarışda 20-dən artıq cütlük öz bacarığını nümayiş etdirib
Sosial müdafiə
23 Aprel , 2015 15:53
​Azərbaycanda “İstedadlı əkizlər” adlı yarış keçirilib - FOTO

Bakı. 23 aprel. REPORT.AZ/ Gəncədəki Uşaq Yaradıcılıq Mərkəzində şəhərin ümumtəhsil məktəblərində təhsil alan əkizlərin iştirakı ilə “İstedadlı əkizlər” adlı yarış keçirilib. 

“Report” AZƏRTAC-a istinadən xəbər verir ki, yarışda üçəmlər də iştirak ediblər.

İlk dəfə təşkil olunan yarışda 20-dən artıq cütlük öz bacarığını nümayiş etdirib. Ən yaxşı şeir söyləyən, mahnı oxuyan, musiqi alətində ifa edən, hətta aktyorluq bacarığını nümayiş etdirən əkizlər Uşaq Yaradıcılıq Mərkəzinin xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Son xəbərlər

Orphus sistemi