Azərbaycanda gənclər şəhərciyi tikilməyəcək

Azərbaycanda gənclər şəhərciyi tikilməyəcək Azad Rəhimov: "Yaxın gələcəkdə bu, gündəmdə olan məsələ deyil"
Sosial müdafiə
25 Dekabr , 2015 13:11
Azərbaycanda gənclər şəhərciyi tikilməyəcək

Bakı. 25 dekabr. REPORT.AZ/ Yaxın gələcəkdə gənclər şəhərciyi tikilməyəcək. "Report" xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov keçirdiyi mətbuat konfransında açıqlama verib. 

O bildirib ki, hazırkı bazar iqtisadiyyatı sistemində gənclər üçün şəhərciyin inşası mümkün deyil. Nazir əlavə edib ki, dövlət büdcəsindən pul ayrılaraq gənclərə ev tikilməsi də düzgün olmazdı: "Bütün bunları nəzərə alaraq, deyə bilərəm ki, yaxın gələcəkdə gənclər şəhərciyinin inşası gündəmdə olan məsələ deyil".

Son xəbərlər

Orphus sistemi