Azərbaycanda fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı açıqlanıb

Azərbaycanda fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı açıqlanıb Ümumilikdə 118 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək göstərici Тürkiyə vətəndaşlarının payına düşür
Sosial müdafiə
10 Fevral , 2016 10:24
Azərbaycanda fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı açıqlanıb

Bakı. 10 fevral. REPORT.AZ/ Bu ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 1,24 faiz artıb.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan "Report"a verilən məlumata görə, yanvar ayı ərzində fond tərəfindən əlavə olaraq 347 nəfər əcnəbi vətəndaşa fərdi şəxsi hesab açılıb və nəticədə sistemdəki əcnəbilərin sayı 28 215-ə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 87,83 faizini (24 780 nəfər) kişilər, 12,17 faizini (3 435 nəfər) isə qadınlar təşkil edir.

Ümumilikdə 118 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək göstərici Тürkiyə vətəndaşlarının (13 431 nəfər) payına düşür. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 3037-yə, üçüncü yerdə gələn Rusiya vətəndaşlarının sayı isə 1718-ə çatıb.

Sonrakı yerlərdə Hindistan (1073), İran (984), Çin (863), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (596) Pakistan (550), Banqladeş (486), Ukrayna (464), Özbəkistan (286) , Filippin (257), Almaniya (256), ABŞ (252), Qazaxıstan (224), Türkmənistan (214), İtaliya (200), Bosniya və Hersoqovina (162), Polşa (139), Malayziya (121) və s. ölkələr gəlir.

Son xəbərlər

Orphus sistemi