Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı artıb

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı artıb Sığortaolunanların 59,1%-i kişi, 40,9%-i isə qadındır
Sosial müdafiə
12 May , 2015 11:24
Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı artıb

Bakı. 12 may. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən aprel ayında əlavə olaraq 21 354 sığortaolunana fərdi şəxsi hesab açılıb. Bu barədə "Report"a DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. 

İlin əvvəli ilə müqayisədə Fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 2,92% artıb. Beləliklə, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı mayın 1-nə 3 063 167 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1%-i (1 810 275 nəfər) kişi, 40,9%-i (1 252 892 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,74%-ni (757 931 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,73%-ni (665 662 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,77%-ni (636 352 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,16%-ni (648 085 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,60%-ni (355 137 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

Son xəbərlər

Orphus sistemi