Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı artıb

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı artıb Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1 faizini kişilər təşkil edir
Sosial müdafiə
7 Aprel , 2015 15:54
Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı artıb

Bakı. 7 aprel. REPORT.AZ/ Cari ilin aprel ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən mart ayında əlavə olaraq 22 710 sığortaolunana fərdi şəxsi hesab açılıb. Bu barədə "Report"a DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 2,2 faiz artıb.

Beləliklə, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 041 813 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1 faizi (1 797 023 nəfər) kişi, 40,9 faizi (1 244 790 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,71 faizini (751 897 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,74 faizini (661 371 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,84 faizini (634 048 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,2 faizini (644 104 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,51 faizini (350 393 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

Son xəbərlər

Orphus sistemi