Azərbaycanda ən çox dövlət qulluqçuları baş məsləhətçilərdir

Azərbaycanda ən çox dövlət qulluqçuları baş məsləhətçilərdir Dövlət qulluqçularının 26,9 faizi 15 il və daha çox qulluq stajına malikdir
Sosial müdafiə
23 İyun , 2016 10:21
Azərbaycanda ən çox dövlət qulluqçuları baş məsləhətçilərdir

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycanda dövlət qulluqçularının sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, bu ilin yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 30,1 min nəfər olub və onların 29,2 faizini qadınlar təşkil edib.

Dövlət qulluqçularının 3,9 faizi inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 75,4 faizi 4-7-ci təsnifatları üzrə və 20,7 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləyib.

Dövlət qulluqçularının 7,3 faizi 1 ilə qədər, 27,9 faizi 1 ildən 5 ilə qədər, 21,6 faizi 5 ildən 10 ilə qədər, 16,3 faizi 10 ildən 15 ilə qədər, 26,9 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.

Dövlət qulluqçularının yaş qrupları üzrə bölgüsü aşağıdakı kimi xarakterizə olunur: 30 yaşa qədər olanlar 17,9 faiz, 30-34 yaşda 15,0 faiz, 35-44 yaşda 21,8 faiz, 45-54 yaşda 24,3 faiz, 55-62 yaşda 17,5 faiz, 63-64 yaşda 2,3 faiz, 65 və yuxarı yaşda 1,2 faiz.

Ölkədə 4-7-ci təsnifatlar üzrə inzibati vəzifələrdə çalışan dövlət qulluqçularının 1,1 faizini yerli icra başçısının müavinləri, 14,9 faizini şöbə müdirləri, 11,2 faizini şöbə müdirinin müavinləri, 8,5 faizini sektor müdirləri, 26,6 faizini baş məsləhətçilər, 4,8 faizini böyük məsləhətçilər, 12,5 faizini aparıcı məsləhətçilər və 20,4 faizini məsləhətçilər təşkil etmişdir.

Dövlət qulluğunun ştat cədvəli üzrə vəzifələri 90,7 faiz komplektləşdirilib.

Dövlət qulluqçularının orta aylıq əmək haqqı 2015-ci ildə 611,9 manat təşkil edib.

Qeyd edək ki, bu gün Azərbaycanda dövlət qulluqçularının peşə bayramı qeyd olunur.

Son xəbərlər

Orphus sistemi