Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı açıqlanıb

Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı açıqlanıb Əmək pensiyası alanların tərkibində işləyənlərin sayı 134 354 nəfərdir
Sosial müdafiə
19 May , 2015 14:02
Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı açıqlanıb

Bakı. 19 may. REPORT.AZ/ Bu ilin aprelin 1-nə respublika üzrə əmək pensiyası alan şəxslərin sayı 1 292 040 nəfər təşkil edir. Dövlət Sosial Müdafiə Fondundan (DSMF) "Report"a bildirilib ki, onlardan yaşa görə əmək pensiyası alanların sayı 783 381 nəfərdir. Bu da ümumi pensiyaçıların sayına nisbətdə 60,6 faiz, əlilliyə görə əmək pensiyası alanların sayı 367 489 nəfərdir. 

Hazırda yaşa görə əmək pensiyasının orta aylıq məbləği 193,9 manat, əlilliyə görə əmək pensiyasının orta aylıq məbləği 149,6 manat, ailə başçısını itirməyə görə əmək pensiyasının orta aylıq məbləği isə 131,2 manat təşkil edir. Cari ilin aprelin 1-nə əmək pensiyası alanların tərkibində qadınların sayı 771 730 nəfər, kişilərin sayı 520 310 nəfərdən ibarətdir. Həmçinin əmək pensiyası alanların tərkibində işləyənlərin sayı 2015-ci ilin aprelin 1-nə 134 354 nəfərdir.

Son xəbərlər

Orphus sistemi