Azərbaycanda əhalinin sayı artıb

Azərbaycanda əhalinin sayı artıb Hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür
Sosial müdafiə
15 May , 2015 17:05
Azərbaycanda əhalinin sayı artıb

Bakı. 15 may. REPORT.AZ/ Bu ilin aprel ayının 1-i vəziyyətinə ölkə əhalisinin sayı 9618,2 min nəfərə çataraq ilin əvvəlindən 25,2 min nəfər və ya 0,3 faiz artıb. Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, əhalinin sıxlığı bir kvadrat kilometrə 111 nəfər olub. Hazırda hər 1000 nəfər kişiyə 1009 nəfər qadın düşür. Ümumi əhali arasında şəhər əhalisinin xüsusi çəkisi 53,1 faiz, kənd əhalisinin xüsusi çəkisi isə 46,9 faiz təşkil edir.

Son xəbərlər

Orphus sistemi