Bu il Azərbaycanda əhalinin sayı 94 min nəfər artıb

Bu il Azərbaycanda əhalinin sayı 94 min nəfər artıb Ölkə vətəndaşlarının sayı 9 milyon 687 min 300 nəfərə çatıb
Sosial müdafiə
15 Dekabr , 2015 17:28
Bu il Azərbaycanda əhalinin sayı 94 min nəfər artıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb. 

Dövlət Statistika Komitəsindən "Report"a verilən xəbərə görə, ölkə əhalisinin sayı ilin əvvəlindən 94,3 min nəfər və ya 1 faiz artaraq bu ilin noyabrın 1-nə olan məlumata görə 9 milyon 687 min 300 nəfərə çatıb. Əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfərdir.

Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi isə kənd sakinləridir. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1 000 kişiyə 1 009 qadın düşür.

Son xəbərlər

Orphus sistemi