​Azərbaycanda DİN-də çalışan qadınların sayı açıqlanıb

​Azərbaycanda DİN-də çalışan qadınların sayı açıqlanıb Daxili İşlər Nazirliyi rəhbərliyi qadınların ayrı-ayrı sahələrdə xidmətinin daha da artırılması üçün müvafiq tədbirlər həyata keçirir
Sosial müdafiə
25 Noyabr , 2014 11:36
​Azərbaycanda DİN-də çalışan qadınların sayı açıqlanıb

Bakı. 25 noyabr. REPORT.AZ/ "Bu gün Daxili İşlər Nazirliyi sistemində 2855 qadın xidməti fəaliyyət göstərir ki, bunun da böyük əksəriyyətinin, yəni 1350 nəfərinin xüsusi rütbəsi və vəzifəsi olan qadınlardır. Bu Daxili İşlər Nazirliyinin ümumi heyətinin 11 faizini təşkil edir". "Report"un xəbərinə görə, bunu Azərbaycan Respublikasının Daxili İşlər nazirinin müavini Oruc Zalov Gender zorakılığına qarşı 16 günlük Fəallıq Kampaniyası çərçivəsində keçirilən "Qadınlara səlahiyyət, Cəmiyyətə tərəqqi" adlı konfransda deyib. 

O qeyd edib ki, Daxili İşlər Nazirliyində gender siyasətini həyata keçirən müvafiq vəzifə təsis olunub.

O.Zalov bildirib ki, bu qədər qadının xidmət aparması təqdirə layiq haldır: "Polis işinin nə qədər çətin olması, gecə-gündüz xidmət aparması, nəzərə alınmalıdır ki, Azərbaycan Şərq ölkəsidir və burada bu qədər qadının xidmət aparması təqdirə layiq haldır".

Nazir müavininin sözlərinə görə, Daxili İşlər Nazirliyi rəhbərliyi qadınların ayrı-ayrı sahələrdə xidmətinin daha da artırılması üçün müvafiq tədbirlər həyata keçirir.

Son xəbərlər

Orphus sistemi