Azərbaycanda bu ilin ilk beş ayı ərzində ölənlərin sayı açıqlanıb

Azərbaycanda bu ilin ilk beş ayı ərzində ölənlərin sayı açıqlanıb Qeydiyyat şöbələri 25 min nikah və 5,2 min boşanma halları qeydə alıb
Sosial müdafiə
14 İyul , 2016 11:08
Azərbaycanda bu ilin ilk beş ayı ərzində ölənlərin sayı açıqlanıb

Bakı. 14 iyul. REPORT.AZ/ Bu ilin ilk beş ayı ərzində Azərbaycanda ölənlərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən (DSK) "Report"a verilən məlumata görə, cari ilin yanvar-may ayları ərzində ölkədə 24,3 min ölüm halı qeydə alınıb, əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1 olub.

Məlumatda o da qeyd olunub ki, 2016-cı ilin ilk 5 ayı ərzində qeydiyyat şöbələri 25 min nikah və 5,2 min boşanma halları qeydə alıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,3 olub.

Son xəbərlər

Orphus sistemi