​Azərbaycanda bu il cinayət məsuliyyətinə cəlb olunan yetkinlik yaşına çatmayan uşaqların sayı açıqlanıb

​Azərbaycanda bu il cinayət məsuliyyətinə cəlb olunan yetkinlik yaşına çatmayan uşaqların sayı açıqlanıb "Bunun da məsuliyyətini valideynlər daşıyır"
Sosial müdafiə
21 Noyabr , 2014 11:28
​Azərbaycanda bu il cinayət məsuliyyətinə cəlb olunan yetkinlik yaşına çatmayan uşaqların sayı açıqlanıb
Bakı. 21 noyabr. REPORT.AZ/ Bu ilin 9 ayı ərzində isə 486 belə cinayət hadisəsi baş verib.

"Report"un məlumatına görə, bunu Milli Məclisdə "Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər" mövzusunda keçirilən konfransda parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib.

Komitə sədri statistikanı da açıqlayıb: "Ötən il Azərbaycanda yetkinlik yaşına çatmayan uşaqların cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı 776 fakt qeydə alınıb. 2014-cü ilin 9 ayı ərzində isə 486 belə cinayət hadisəsi baş verib. Bu böyük təhlükədir, xoşagələn statistika deyil. Bəs, uşaqlar üçün bu qədər layihələr hazırlanır, necə olur ki, bu faktlar azalmır? Bunun da məsuliyyətini valideynlər daşıyır".

R.Aslanova bildirib ki, bunun əsas səbəbləri uşaqların virtual aləmə daha bağlılığıdır: "Uşaqların çəkdikləri rəsmlərdə yaşıl, qırmızı, sarı rənglər üstünlük təşkil edir. Bu, onların qəlblərinin işığıdır. Rəsm sərgisinə baxdım, sevindim ki, onlar dünyanı bizdən yaxşı görürlər. Bu, həm də onu göstərir ki, onların həyata inam limiti yüz faizlidir və biz də çalışmalıyıq ki, onların inam limiti daim belə yüksək olsun. Bayaq bir rəsmə baxdım, ilk baxışdan belə demək mümkünsə, primitiv idi, yəni, uşaqlar bir-birinin əlindən tutmuşdu, mən həmin rəsmi çəkən uşaqdan bunun səbəbini soruşdum, dedi ki, yıxılmamaq üçün əl-ələ vermişik. Çox gözəl və təsirli sözlər idi. Ona görə biz böyüklər də uşaqlardan əlimizi çəkməməliyik. Bizim bütövlükdə uğurlarımız bir-birimizlə əl-əl verib birlikdə addımlamağımızdan keçir".

Son xəbərlər

Orphus sistemi