​Azərbaycanda bağlanan nikah müqavilələrinin sayı açıqlanıb - EKSKLÜZİV

​Azərbaycanda bağlanan nikah müqavilələrinin sayı açıqlanıb - EKSKLÜZİV 2004-cü ildən bu günə kimi cəmi 671 nikah müqaviləsi qeydə alınıb
Sosial müdafiə
23 Fevral , 2016 14:38
​Azərbaycanda bağlanan nikah müqavilələrinin sayı açıqlanıb - EKSKLÜZİV

Bakı. 23 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasında fəaliyyət göstərən notariuslar tərəfindən ötən il ərzində ümumilikdə 124 nikah müqaviləsi təsdiq olunub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova məlumat verib.

O qeyd edib ki, 2004-2015-ci illərdə təsdiq edilmiş nikah müqavilələrinin sayı ümumilikdə 671 olub. 2004-cü ildə ailə quranlar tərəfindən cəmi 12 nikah müqaviləsi imzalanıb.

2005-ci ildə 19, 2006-cı ildə 33, 2007-ci ildə 16, 2008-ci ildə 33, 2009-cu ildə 70, 2010-cu ildə 88, 2011-ci ildə 58, 2012-ci ildə 64, 2013-cü ildə 71, 2014-cü ildə 83 nikah müqaviləsi bağlanıb.

2004-cü ildən bu günə kimi ən çox nikah müqaviləsi ötən il (124) bağlanıb.

Qeyd edək ki, ötən il Azərbaycanda 68,8 min nikah qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi