​Azərbaycanda aktiv əmək müqavilələrinin çox hissəsi ali təhsilli şəxslərlə bağlanıb

​Azərbaycanda aktiv əmək müqavilələrinin çox hissəsi ali təhsilli şəxslərlə bağlanıb Yaş qrupları üzrə bölgüdə qadınların xüsusi çəkisi 40-54 yaş hədləri üzrə kişilərdən daha çoxdur
Sosial müdafiə
5 Mart , 2015 14:54
​Azərbaycanda aktiv əmək müqavilələrinin çox hissəsi ali təhsilli şəxslərlə bağlanıb

Bakı. 5 mart. REPORT.AZ/ "Kişilər üzrə yaş qrupları üzrə ən çox əmək müqaviləsi bağlanan şəxslər 25-29 yaş hədlərində (kişilərlə bağlanmış əmək müqavilələrinin 15,6 faizi), qadınlar üzrə isə 50-54 yaş hədlərində (qadınlarla bağlanmış əmək müqavilələrinin 14,1%-i) olanlardır". "Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.

Nazir müavini bildirib ki, bağlanmış əmək müqavilələrinin yaş qrupları üzrə bölgüsündə qadınların xüsusi çəkisi 40-54 yaş hədləri üzrə kişilərdən daha çoxdur: "Belə ki, 40-44 yaş qruplarında bağlanılan 124 377 əmək müqaviləsinin 46,6%-i kişilərin, 53,4%-i qadınların payına düşür. Həmçinin 45-49 yaşlarında olan şəxslərlə bağlanılan 142 173 əmək müqaviləsinin 45,9%-i kişilərlə, 54,1%-i qadınlarla bağlanıb. 50-54 yaş qruplarında bağlanılmış 162 103 əmək müqaviləsinin 48,4%-i kişilərin payına düşdüyü halda, qadınların payı 51,6%-dir".

Onun sözlərinə görə, əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemində bu ayın əvvəlinə aktiv əmək müqavilələrinin 37,7%-i və ya 476 001 ədədi ali təhsilli şəxslərlə, 37,3%-i və ya 470 053 ədədi ümumi təhsilli şəxslərlə, 22,2%-i və ya 280 100 ədədi orta ixtisas təhsilli şəxslərlə, 2,8%-i və ya 35 459 ədədi isə ilk peşə-ixtisas təhsilli şəxslərlə bağlanıb: "Əmək müqaviləsi bağlanılmış ümumi təhsilli şəxslərin 9 707 nəfəri ibtidai təhsilli, 131 285 nəfəri ümumi orta təhsilli, 329 061 nəfəri isə tam orta təhsilli şəxslərdir. Təhsil pilləsi üzrə muzdla işləyən şəxslərin cinsə görə bölgüsündə ümumi təhsilli şəxslərin 60,9%-i kişilərin, 39,1%-i qadınların, ali təhsilli şəxslərin 52,2%-i kişilərin, 47,8%-i qadınların, orta ixtisas təhsilli şəxslərin 38,6%-i kişilərin, 61,4%-i qadınların, ilk peşə-ixtisas təhsilli şəxslərin 75,3%- i kişilərin, 24,7%-i qadınların payına düşür".

İ.İsayev kişilər üzrə bağlanan əmək müqavilələrinin ən çoxunun, yəni 30,5%-nin tam orta təhsilli, qadınlar üzrə isə bağlanan əmək müqavilələrinin ən çoxunun, yəni 29,0%-nin isə orta ixtisas təhsilli şəxslərlə bağlandığını nəzərə çatdırıb: "Ən çox əmək müqaviləsi təhsil, səhiyyə, sosial xidmətlər, tikinti, ticarət, emal sənayesi sahələri üzrə bağlanıb. Kişilər üzrə ən çox əmək müqaviləsi bağlanan sahələr tikinti, emal sənayesi, təhsil, ticarət, qadınlar üzrə isə təhsil, səhiyyə, sosial xidmətlər, ticarət sahələridir. Təhsil, səhiyyə və sosial xidmətlər sahələrində muzdla işləyənlərin 76-78%-i qadınlardır".

Son xəbərlər

Orphus sistemi