​Azərbaycanda 62 nəfər ədliyyə orqanlarına qulluğa qəbul edilib

​Azərbaycanda 62 nəfər ədliyyə orqanlarına qulluğa qəbul edilib Onların siyahısı Ədliyyə Nazirliyinin saytında dərc olunub
Sosial müdafiə
12 May , 2015 19:49
​Azərbaycanda 62 nəfər ədliyyə orqanlarına qulluğa qəbul edilib

Bakı. 12 may. REPORT.AZ/ Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti müsabiqəyə yekun vurulub.

Ədliyyə Nazirliyindən "Report"a verilən məlumata görə, sayca on ikinci müsabiqə üzrə test imtahanından uğurla keçmiş və qanunvericiliyin tələblərinə cavab verən 127 namizədlə ikinci mərhələdə aşkarlıq şəraitində söhbət aparılıb.

Hüquqşünas alimlərin, həmçinin vətəndaş cəmiyyəti institutlarının çoxsaylı nümayəndələrinin də bilavasitə iştirak etdiyi bu mərhələdə 62 nəfər müvəffəqiyyət qazanıb və onların siyahısı nazirliyin saytında dərc olunub.

Müsabiqə Komissiyası tərəfindən həmin namizədlərin peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında xüsusi proqram əsasında uzunmüddətli icbari təlimə cəlb olunmaları barədə qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi