Azərbaycanda 32 531 xarici ölkə vətəndaşının fərdi şəxsi hesabı var

Azərbaycanda 32 531 xarici ölkə vətəndaşının fərdi şəxsi hesabı var ​Ötən ay Azərbaycanda fərdi şəxsi hesabı olan əcnəbilərin sayı 1 464 nəfər artıb
Sosial müdafiə
16 Avqust , 2016 15:08
Azərbaycanda 32 531 xarici ölkə vətəndaşının fərdi şəxsi hesabı var

Bakı. 16 avqust. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sisteminin əhatə etdiyi əcnəbilərin sayı artmaqda davam edir.

Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, bu ilin iyul ayında sistemdə daha 1 464 əcnəbiyə fərdi şəxsi hesab açılıb. Beləliklə, fərdi uçot sistemində qeydiyyatda olan xarici ölkə vətəndaşlarının sayı bu il avqustun 1-nə 32 531 nəfər təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 faiz çoxdur. Sistemdə qeydiyyatda olan əcnəbilərin 88,4 faizi kişilərdən, qalanları qadınlardan ibarətdir.

Fərdi şəxsi hesabı olan əcnəbilər sırasında Тürkiyə (15 108 nəfər), Gürcüstan (3 191 nəfər) Rusiya (1 859) vətəndaşları çoxluq təşkil edir. Həmçinin sistemdə Özbəkistan (1750), Hindistan (1 373), İran (1 025), Çin (902), Banqladeş (785), Pakistan (683), Birləşmiş Böyük Britaniya və Şimali İrlandiya (632), Ukrayna (529), Türkmənistan (312), Filippin (288), ABŞ (281), Almaniya (266), Qazaxıstan (249), İtaliya (213) və s. ölkələrin vətəndaşları qeydiyyatdadır. Sistemin əhatə etdiyi əcnəbilər ümumilikdə 120 ölkəni təmsil edirlər.

Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan, ölkəmizin mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilər üçün fərdi şəxsi hesab açılması ölkə vətəndaşları kimi onların da gələcək sosial təminat və pensiya hüquqlarının formalaşmasına imkan yaradır.

Son xəbərlər

Orphus sistemi