Azərbaycanda “2016-2020-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı” təsdiqlənib

Azərbaycanda “2016-2020-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı” təsdiqlənib Proqram hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın həcminin və keyfiyyətinin artırılmasına yönəlib
Sosial müdafiə
31 Yanvar , 2016 00:51
Azərbaycanda “2016-2020-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı” təsdiqlənib

Bakı. 31 yanvar. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “2016-2020-ci illər üçün hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı”nın təsdiq edib.

“Report”un xəbərinə görə, “2016-2020-ci illər üçün hemofiliya xəstəliyi üzrəTədbirlər Proqramı” hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın həcminin və keyfiyyətinin artırılmasına yönəlib.

Tədbirlər Proqramının məqsədi hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın həcminin və keyfiyyətinin artırılmasından, hemofiliya nəticəsində əmələ gələn əlilliyin və ölüm hallarının azaldılmasından ibarətdir. Tədbirlər Proqramının əsas vəzifələri hemofiliyanın fəsadlarının diaqnostikasının, müalicəsinin və profilaktikasının təkmilləşdirilməsi, hemofiliya xəstəliyinə düçar olmuş şəxslərin ömürlərinin uzadılması və həyat keyfiyyətinin yaxşılaşdırılması, hemofiliya xəstəliyinin müalicəsi və profilaktikası üzrə tibb mütəxəssislərinin hazırlanması və onların ixtisaslarının artırılmasıdır.

Tədbirlər Proqramı üzrə həyata keçiriləcək tədbirlərin əlaqələndirilməsini, monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.

Tədbirlər Proqramında nəzərdə tutulan tədbirlər müvafiq illər üzrə Azərbaycan Respublikasının dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində “Səhiyyə” bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdirilir. Tədbirlər Proqramının həyata keçirilməsindən gözlənilən nəticələr hemofiliyalı xəstələrə göstərilən tibbi yardımın təkmilləşdirilməsi, hemofiliyalı xəstələrin ömürlərinin uzadılması və həyat keyfiyyətinin yaxşılaşdırılması, hemofiliya xəstəliyinin fəsadlarının və bu xəstəlikdən əlillik və ölüm hallarının azaldılmasıdır. Hemofiliyalı xəstələrdə qanaxmaların profilaktikası məqsədi ilə onların faktor preparatları ilə təmin edilməsi Səhiyyə Nazirliyi 2016-2020

İrsi qan xəstəliklərinin müalicəsi üzrə rayonlararasıhematoloji kabinetlərdə hemofiliyalı xəstələrə qanaxma zamanı ilkin yardımın göstərilməsinin təşkil edilməsi Səhiyyə Nazirliyi 2016

Kiçik yaşlı hemofiliyalı uşaqlarda erkən əlilliyin qarşısının alınması məqsədi ilə birincili profilaktikanın tətbiq edilməsi Səhiyyə Nazirliyi 2016-2017 Hemofiliyalı xəstələrdə oynaqlarda baş verən fəsadların qarşısının alınması və ya aradan qaldırılması məqsədi ilə artroskopiksinovektomiyanın tətbiqi Səhiyyə Nazirliyi 2016-2017

Hemofiliyalı xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə ağırlaşma hallarında ikincili profilaktikanın tətbiq edilməsi Səhiyyə Nazirliyi 2016-2020

Hemofiliya üzrə metodik vəsaitlərin və elmi ədəbiyyatın hazırlanması Səhiyyə Nazirliyi 2016-2018

Hemofiliyalı xəstələrin registrının təkmilləşdirilməsi Səhiyyə Nazirliyi 2016-2017

Hemofiliyaya dair elmi-kütləvi ədəbiyyatın, bukletlərin, vərəqələrin, plakatların çap etdirilməsi Səhiyyə Nazirliyi 2016-2017

Hemofiliya üzrə mütəxəssislərin hazırlanması (o cümlədən, xarici ölkələrdə) Səhiyyə Nazirliyi 2016-2020

Hemofiliya üzrə mütəxəssislərin beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirakının təmin edilməsi Səhiyyə Nazirliyi 2016-2020

Son xəbərlər

Orphus sistemi