Azərbaycanda 2015-ci ilin Novruz, Ramazan, Qurban bayramları üçün qeyri-iş günləri açıqlanıb

Azərbaycanda 2015-ci ilin Novruz, Ramazan, Qurban bayramları üçün qeyri-iş günləri açıqlanıb Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir
Sosial müdafiə
24 Noyabr , 2014 13:37
Azərbaycanda 2015-ci ilin Novruz, Ramazan, Qurban bayramları üçün qeyri-iş günləri açıqlanıb

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” Qərar qəbul edib. “Report” xəbər verir ki, qərar “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli Qanunun tətbiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2006-cı il 18 dekabr tarixli fərmanına əsasən, AMEA-nın və Qafqaz Müsəlmanları İdarəsinin məlumatına uyğun olaraq imzalanıb.

Qərara əsasən, 2015-ci ildə 20, 21, 22, 23, 24 mart - Novruz bayramı, 17, 18 iyul - Ramazan bayramı, 24, 25 sentyabr - Qurban bayramıdır.

Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.

Son xəbərlər

Orphus sistemi