Azərbaycanda 12 350 nəfər tənha ahıl və əlil şəxs evlərində sosial-məişət xidməti ilə təmin olunur

Azərbaycanda 12 350 nəfər tənha ahıl və əlil şəxs evlərində sosial-məişət xidməti ilə təmin olunur Hazırda sosial məişət xidməti göstərilənlərin 7851 nəfəri şəhər və qəsəbələrdə, digərləri kənd yerlərində yaşayan şəxslərdir
Sosial müdafiə
27 Oktyabr , 2015 16:50
Azərbaycanda 12 350 nəfər tənha ahıl və əlil şəxs evlərində sosial-məişət xidməti ilə təmin olunur

Bakı. 27 oktyabr. REPORT.AZ/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial işçiləri 12 350 nəfər tənha ahıl və əlil vətəndaşı evlərində (səyyar) sosial-məişət xidməti ilə təmin edir. Bu barədə "Report"a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Onlardan 9974 nəfərini qadınlar, habelə 1 007 nəfərini 70 yaşdan yuxarı olan tənha ahıl vətəndaşlar təşkil edir. Sosial işçilər həftədə iki dəfədən az olmayaraq tənha ahıl və əlil şəxslərin evlərinə gəlir, ev təsərrüfatlarında təmizlik və abadlıq işlərinin aparılması, yemək hazırlanması, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə onlara xidmətlər göstərirlər. Müvafiq qanunvericiliyə əsasən, əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyac duyan tənha ahıllar, I qrup əlilliyi olan şəxslər və başqasının köməyinə ehtiyacı olan II qrup əlillər (yoluxucu və ya ağır formalı ruhi xəstəlikləri olmadığı halda) evlərində sosial-məişət xidməti ilə təmin olunurlar.

Hazırda sosial məişət xidməti göstərilənlərin 7 851 nəfəri şəhər və qəsəbələrdə, digərləri kənd yerlərində yaşayan şəxslərdir.

Son xəbərlər

Orphus sistemi