​Azərbaycanda 105 497 aztəminatlı ailəyə ünvanlı dövlət sosial yardımı verilir

​Azərbaycanda 105 497 aztəminatlı ailəyə ünvanlı dövlət sosial yardımı verilir Həmin ailələrin 29 598-i və ya 28 faizi tərkibində üç və daha çox uşağı olan ailələrdir
Sosial müdafiə
9 Fevral , 2016 15:55
​Azərbaycanda 105 497 aztəminatlı ailəyə ünvanlı dövlət sosial yardımı verilir

Bakı. 9 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında Azərbaycanda 105 497 aztəminatlı ailə (453 372 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin olunub. 

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, həmin ailələrin 29 598-i və ya 28 faizi tərkibində üç və daha çox uşağı olan ailələrdir. Ünvanlı dövlət sosial yardımı alan ailələrdə ailə üzvlərinin 216 529 nəfəri (47,7 faiz) yaşı 18-dək olan şəxslərdir ki, onlardan sağlamlıq imkanları məhdud 18 yaşadək şəxslərin sayı 4 824 nəfər təşkil edir. Həmin ailələrdə 5 151 nəfər 1 yaşadək uşaq vardır ki, onların hər birinə görə ünvanlı dövlət sosial yardımından əlavə olaraq aylıq sosial müavinət də ödənilir. 

Yanvar ayında ünvanlı dövlət sosial yardımlarının hər ailəyə ödənilən orta aylıq məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz artaraq 152 manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi