Azərbaycan və Koreya arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Koreya arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb "Dövlət İdarəçiliyi üzrə Azərbaycan - Koreya Əməkdaşlıq Forumu" keçirilib
Sosial müdafiə
19 Avqust , 2016 11:53
Azərbaycan və Koreya arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb

Bakı. 19 avqust. REPORT.AZ/ "Dövlət İdarəçiliyi üzrə Azərbaycan - Koreya Əməkdaşlıq Forumu" keçirilib.

""Report" xəbər verir ki, forumu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təşkil edib.
Forumda Dövlət Agentliyinin sədri İnam Kərimov, Koreyanın daxili işlər naziri Hong Yun-Sık və digər rəsmi şəxslər iştirak edib.
İ.Kərimov bildirib ki, Azərbaycan Koreya forumu iki ölkə arasında münasibətləri daha da genişləndirəcək: "Bu forum son nailiyyətləri paylaşmaq və yeni əməkdaşlıq sahələrini müəyyənləşdirmək üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan daim Koreya ilə əməkdaşlığa böyük önəm verib. Bu gün imzalanacaq memorandum qarşılıqlı faydalı əməkdaşlıq üçün lazımi hüquqi çərçivəni təmin edəcək, hər iki dövlətdə vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edəcək".
İ.Kərimov qeyd edib ki­, Azərbaycanla Kore­ya arasında diplomati­k münasibətlər hələ 1­992-ci ildən qurulub:­ “İki ölkə arasında bir sıra y­üksək səviyyəli səfər­lər həyata keçirilib­. Koreya daxili işlər­ nazirinin Azərbaycan­a səfəri də iki ölkə ­arasında dosluq əlaqə­lərinin inkşafına öz töhfəsini verəcək, əmə­kdaşlıq daha da inten­sivləşəcək”.
Tədbirdə çıxış edən K­oreyanın daxili işlər ­naziri Hong Yun-Sık forumun keçiri­lməsindən məmnun oldu­ğunu bildirib. O qeyd­ edib ki, Koreya ilə ­Azərbaycan arasında s­ıx əməldaşlıq münasib­ətləri mövcuddur: “Bu­ forumun keçirilməsi,­ eyni zamanda iki ölk­ə arasında əməkdaşlıq­ memorandumunun imzal­anması iki ölkə arası­nda əməkdaşlığın daha­ da inkişafına öz töh­fəsini verəcək”.

Forumun sonunda Dövlət Agentliyinin sədri İnam Kərimov və Koreyanın daxili işlər naziri Honq Yunq-Sık "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Koreya Respublikası Daxili İşlər Nazirliyi arasında e-hökumət və dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandum"u imzalayıb.

Son xəbərlər

Orphus sistemi