Azərbaycan Türkiyə ilə iş qüvvəsinin qarşılıqlı şəkildə məşğulluğuna dair sazişdə dəyişiklik edəcək

Azərbaycan Türkiyə ilə iş qüvvəsinin qarşılıqlı şəkildə məşğulluğuna dair sazişdə dəyişiklik edəcək ƏƏSMN-də Türkiyənin əmək və sosial müdafiə nazirinin müstəşarı Ahmet Erdemlə görüş olub
Sosial müdafiə
26 Yanvar , 2015 16:33
Azərbaycan Türkiyə ilə iş qüvvəsinin qarşılıqlı şəkildə məşğulluğuna dair sazişdə dəyişiklik edəcək

Bakı. 26 yanvar. REPORT.AZ/ Bu gün Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) ölkədə səfərdə olan Türkiyənin əmək və sosial müdafiə nazirinin müstəşarı Ahmet Erdemlə görüş olub. "Report" xəbər verir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda bildirilir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinə söykənən strateji əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb: “Sevindirici haldır ki, bu əməkdaşlıq iki ölkə arasında əmək və sosial müdafiə sahəsində də uğurla davam edir. Bu islahatlar prosesində Türkiyənin aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq xüsusi önəm kəsb edir. Əməkdaşlıq çərçivəsində fəaliyyət sahələri, o cümlədən əmək və əməkçi miqrantlar, sosial müdafiə, sosial xidmətlər, məşğulluq, əməyin mühafizəsi və təhlükəsizliyi, əməyin təftişi, peşə standartlarının hazırlanması, kadr hazırlığı ilə bağlı mütəmadi olaraq fəal təcrübə və məlumat mübadilələri həyata keçirilir. Eyni zamanda, müvafiq beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımız məqsədyönlü şəkildə davam etdirilir. Qarşıdakı dövrdə də bu əlaqələrin daim inkişaf etdirilməsi ilə yanaşı, əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi prioritet önəm kəsb edir".

A.Erdem Azərbaycan və Türkiyə əməkdaşlığının ölkələr arasında ikitərəfli əməkdaşlıq üçün bir örnək olduğunu və Azərbaycanın daim inkişafda olmasının, dünya birliyində mövqeyinin güclənməsinin məmnunluq doğurduğunu bildirib. O, əmək, məşğulluq və sosial müdafiə sahəsində iki ölkənin əməkdaşlığının yüksək səviyyədə həyata keçirilməsi üçün təmsil etdiyi nazirlik tərəfindən bütün səylərin göstərildiyini və əlaqələrin bundan sonra da daim güclənəcəyinə əminliyini ifadə edib.

A.Erdem əmək miqrasiyası, işçi qüvvəsinin qarşılıqlı məşğulluğu sahələrində əməkdaşlığa toxunub, xüsusən işçi qüvvəsinin qarşılıqlı məşğulluğunun dəstəklənməsi ilə bağlı görülən işlərin əhəmiyyətini vurğulayıb.

Görüşdə iki ölkənin əmək və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq perspektivləri, iki ölkə arasında əmək miqrasiyası, "Türkiyə və Azərbaycan Hökuməti arasında iş qüvvəsinin qarşılıqlı şəkildə məşğulluğuna dair Saziş”də dəyişiklik edilməsinə dair Protokol”un layihəsi və digər məsələlərə dair fikir mübadilələri aparılıb.

Son xəbərlər

Orphus sistemi