Bakı. 13 may. REPORT.AZ/ Gənclər və İdman Nazirliyində QHT və bir sıra gənclər təşkilatlarının nümayəndələri ilə 2016-2020-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramının hazırlıqları müzakirə olunub.
“Report” xəbər verir ki, bu məqsədlə görüş keçirilib. Görüşdə çıxış edən nazirliyin Gənclərlə İş Şöbəsinin müdiri İndira Hacıyeva proqramın hazırlanmasında gənclərin təkliflərinin önəmli olduğunu və proqramın konkret problemlər və onların həlli yollarına yönəldiyini vurğulayıb: “Bu gün gənclər konkret problemlər, onların həlli yolları və bu istiqamətdə həyata keçirilməsi vacib olan layihələrlə çıxış etməlidirlər”.
İ.Hacıyeva qeyd edib ki, ilin əvvəlindən artıq dövlət proqramı ilə bağlı gənclərin təklifləri alınır: “Bu dövlət proqramı ilk növbədə gənclərə aiddir və buna görə də gənclərin təkliflərinin nəzərə alınması vacibdir”.
2016-2020-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət Proqramı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən nəzərdə tutulub.
Qeyd edək ki, təkliflərin qəbul olunması üçün xüsusi elektron poçt (