Azərbaycan əmək miqrasiyası kvotasını sərtləşdirir

Azərbaycan əmək miqrasiyası kvotasını sərtləşdirir Yüksəkixtisaslı əcnəbi mütəxəssislərin cəlb olunması mexanizmi ilə bağlı təkliflər hazırlanacaq
Sosial müdafiə
26 Dekabr , 2014 12:55
Azərbaycan əmək miqrasiyası kvotasını sərtləşdirir

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Miqrasiya Xidməti ilə birlikdə əmək miqrasiyası kvotasının sərtləşdirilməsi və ölkədə innovativ rəqabətə davamlı iqtisadiyyatın formalaşdırılması tələblərinə uyğun olaraq yüksəkixtisaslı əcnəbi mütəxəssislərin cəlb olunması (patentləşdirmə) mexanizminin yaradılmasına dair təkliflər hazırlayacaq.

"Report"un verdiyi xəbərə görə, təkliflər altı ay müddətində hazırlanaraq dövlət başçısına təqdim edilməlidir.

Sərtləşdirmə milli əmək bazarında ixtisassız əcnəbi kadrların iştirakının qarşısının alınması və yerli əmək ehtiyatlarından səmərəli istifadənin təmin olunması məqsədi daşıyır.

Kvota yerli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və əmək miqrasiyası proseslərinin tənzimlənməsi sahəsindəki işlərin effektivliyinin artırılması məqsədi ilə tətbiq edilir. Kvota daxili əmək bazarının vəziyyəti, işçi qüvvəsinə tələbat, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik Azərbaycan vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanlarının işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı, habelə yüksəkixtisaslı əcnəbi mütəxəssislərin cəlb edilməsi zəruriliyi nəzərə alınmaqla müəyyən edilir. Əmək miqrasiyası kvotasının müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Son xəbərlər

Orphus sistemi