Azərbaycan DSMF-də xüsusi əlaqələndirmə komissiyası yaradılıb

Azərbaycan DSMF-də xüsusi əlaqələndirmə komissiyası yaradılıb ​Pensiya islahatları çərçivəsində hazırlanacaq normativ sənəd layihələri ictimai müzakirələrə çıxarılacaq
Sosial müdafiə
12 Noyabr , 2014 10:22
Azərbaycan DSMF-də xüsusi əlaqələndirmə komissiyası yaradılıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Dövlət Sosial Müdafiə Fondunda “2014-2020-ci illərdə Azərbaycanda pensiya təminatı sisteminin islahatı Konsepsiyası”ndan irəli gələn vəzifələrin icrası məqsədilə xüsusi əlaqələndirmə komissiyası yaradılıb. "Report"un məlumatına görə, bu barədə açıqlamasında Fondun sədri Elman Mehdiyev deyib.

Ölkədə pensiya islahatlarının yeni mərhələsinin prioritet hədəflərini müəyyən edən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nın əhəmiyyətindən bəhs edən DSMF sədri vurğulayıb ki, sənəd ölkədə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olması məqsədi daşıyır.

E.Mehdiyev Konsepsiyada nəzərdə tutulan sosial sığorta normativinin strukturunun optimallaşdırılması, güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ olanlara tələb olunan minimum sığorta stajı illərinin sığorta prinsiplərinə uyğunlaşdırılması, pensiyaya daha gec çıxmağı stimullaşdıran, pensiyaya daha tez çıxmağa marağı azaldan mexanizmlərin tətbiqi, erkən pensiyaya çıxma hallarının məhdudlaşdırılması və digər məsələlərlə bağlı qaldırılan sualları cavablandıraraq vurğulayıb ki, yeni mərhələdə pensiya islahatları çərçivəsində həyata keçirilən tədbirlər, hazırlanacaq normativ sənəd layihələri mütəmadi şəkildə ictimai müzakirələrə çıxarılacaq.

Son xəbərlər

Orphus sistemi