​Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin plenumu keçirilib - FOTO

​Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin plenumu keçirilib - FOTO Tədbir əməkçilərin sosial-iqtisadi mənafeləri və hüquqlarının qorunmasında həmkarların roluna həsr olunub
Sosial müdafiə
18 Noyabr , 2015 12:49
​Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin plenumu keçirilib - FOTO

Bakı. 18 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dəmiryolçuları Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (MHİRK) növbəti VIII plenumu keçirilib. "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyindən "Report"a verilən xəbərə görə, plenumda MHİRK-in sədri Fəzail Bağırov çıxış edərək, qısa zaman ərzində həyata keçirilən irihəcmli layihələr, bütün bu işlərdə MHİRK-in ASC-nin rəhbərliyi ilə əlbir fəaliyyətindən danışıb.

Sonra plenumun gündəliyində duran “Əməkçilərin sosial-iqtisadi mənafelərinin və hüquqlarının qorunmasında həmkarların rolu haqqında” məsələ ilə bağlı Komitənin təşkilat şöbəsinin müdiri Samir Böyükzadə məruzə edib. O, dəmiryolçuların sağlamlığının qorunması, təhlükəsizliyinin təmin edilməsi, istehsalatda zədəalma hallarının qarşısının alınması, onlara sağlam iş və istirahət şəraitinin yaradılması, bununla da əməyin mühafizəsinin təşkili, dəmiryolçuların sosial-iqtisadi problemlərinin həlli, mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, hələ də mövcud olan problemlərdən danışıb.

Plenumun sonunda “Əməkçilərin sosial-iqtisadi mənafelərinin və hüquqlarının qorunmasında həmkarların rolu haqqında” məsələ ilə bağlı plenumun qərar layihəsi oxunub.

Plenumun işində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Hüseynov da iştirak edib.

Son xəbərlər

Orphus sistemi