Bakı. 12 oktyabr. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov oktyabrın 16-da Masallı rayonunda Masallı, Astara, Cəlilabad, Lerik, Yardımlı rayonları və Lənkəran şəhərindən olan vətəndaşları qəbul edəcək. Nazirlikdən "Report"a verilən məlumata görə, qəbul saat 11.00-da Masallı rayon Gənclər Mərkəzində keçiriləcək.
Qəbula yazılmaq arzusunda olan vətəndaşlar 10-15 oktyabr tarixləri arasında saat 9.00-dan 18.00-dək qeyd olunan rayonların gənclər və idman idarələri ilə əlaqə saxlaya bilərlər.