Azərbaycanda aylıq və birdəfəlik sosial müavinət ödənilən şəxslərin sayı açıqlanıb

Azərbaycanda aylıq və birdəfəlik sosial müavinət ödənilən şəxslərin sayı açıqlanıb Müharibə veteranlarına təyin olunan aylıq sosial müavinətlərin məbləği 21,6 faiz artırılıb
Sosial müdafiə
3 Fevral , 2015 12:34
Azərbaycanda aylıq və birdəfəlik sosial müavinət ödənilən şəxslərin sayı açıqlanıb

Bakı. 3 fevral. REPORT.AZ/ Son bir ildə Azərbaycanda aylıq və birdəfəlik sosial müavinət ödənilən şəxslərin sayı 454 411 nəfər təşkil edib. Onlardan 338 216 nəfəri (74,4 faiz) aylıq, 116 195 nəfəri (25,6 faiz) isə birdəfəlik sosial müavinət alanlar olub. "Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda bildirilir. 

Hesabat dövründə müharibə veteranlarının sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə onlara təyin olunan aylıq sosial müavinətlərin məbləği 21,6 faiz artırılıb. Həmçinin dövlət başçısının 27 dekabr 2013-cü il tarixli fərmanı ilə 1 yanvar 2014-cü il tarixdən etibarən yeni sosial təminat növü kimi, beşdən çox uşağı olan qadınların 18 yaşına çatmamış uşaqlarının hər birinə görə 30 manat məbləğində aylıq sosial müavinətin təyin olunmasına başlanılıb. Hazırda ölkə üzrə 2 954 nəfər qadının 18 yaşına çatmamış 8 794 nəfər uşağı bu müavinətlə təmin olunur.

Son xəbərlər

Orphus sistemi