Autizmli uşaqlara I Avropa Oyunlarını izləmək üçün ödənişsiz biletlər veriləcək

Autizmli uşaqlara I Avropa Oyunlarını izləmək üçün ödənişsiz biletlər veriləcək "Dünya Autizm Maarifləndirmə ayı" çərçivəsində tədbir keçirilib
Sosial müdafiə
14 Aprel , 2015 14:03
Autizmli uşaqlara I Avropa Oyunlarını izləmək üçün ödənişsiz biletlər veriləcək

Bakı. 14 aprel. REPORT.AZ/ Autizm sindromundan əziyyət çəkən uşaqlara I Avropa Oyunlarını izləmək üçün ödənişsiz biletlər veriləcək. "Report" xəbər verir ki, bunu bu gün Nizami Kino Mərkəzində "Dünya Autizm Maarifləndirmə ayı" çərçivəsində keçirilən tədbirdə teleaparıcı Hacı Nuran Hüseynov deyib. I Avropa Oyunların elçisi olan teleaparıcı qeyd edib ki, autizmli uşaqların oyunları izləməsi üçün tam şərait yaradılacaq: "Oyunlara baxmaq üçün biletləri şəxsən özümüz autizmli uşaqların ailələrinə təqdim edəcəyik".    

Tədbirdə Ombudsman aparatının nümayəndəsi Müqalib Mahmudov, Sağlam və Birgə İctimai Birliyin sədri Aytən Qasımova-Eynalova, Autizm Uşaqların Reabilitasiyasına Kömək İctimai Birliyinin rəhbəri Elnur Hüseynov Azərbaycanda autizm sindromlu uşaqlara dövlət qayğısından, əlaqədar layihələrin hazırlanmasından və autizm sindromlu uşaqların sosiallaşması üçün görülən işlərdən danışıblar.

Tədbirin sonunda Autizm xəstəliyini dolğun əks etdirən Oskar, "Qızıl qlobus" və Berlin kinofestivalının "Qızıl ayı" mükafatlarına layiq görülən rejissor Barri Levinsonun "Yağış adamı" filmi nümayiş edilib.

Son xəbərlər

Orphus sistemi