“ASAN xidmət” mərkəzləri sabah işləməyəcək

“ASAN xidmət” mərkəzləri sabah işləməyəcək Martın 9-dan etibarən vətəndaşlar müvafiq xidmətlərdən yararlana biləcəklər
Sosial müdafiə
7 Mart , 2016 17:48
“ASAN xidmət” mərkəzləri sabah işləməyəcək

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzlərində sabah 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə qeyri-iş günü olacaq.

Bu barədə “Report”a Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən məlumat verilib.

Məlumata görə, martın 9-dan etibarən vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, “ASAN xidmət” mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10-dan 20-dək, şənbə və bazar günləri isə saat 10-dan 17-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi