"ASAN xidmət" mərkəzləri bir gün məhdud çərçivədə işləyəcək

"ASAN xidmət" mərkəzləri bir gün məhdud çərçivədə işləyəcək Vətəndaşlar yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlana biləcəklər
Sosial müdafiə
23 Sentyabr , 2016 19:22
ASAN xidmət mərkəzləri bir gün məhdud çərçivədə işləyəcək

Bakı. 23 sentyabr. REPORT.AZ/ 26 sentyabr Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə keçiriləcək ümumxalq səsverməsi – referendumla əlaqədar həmin gün “ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.

Bu barədə "Report"a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, vətəndaşlar sentyabrın 26-da “ASAN xidmət” mərkəzlərinə müraciət edərək yalnız şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi xidmətindən yararlana biləcəklər. Sentyabrın 27-dən isə bütün xidmətlər göstəriləcək. 

Son xəbərlər

Orphus sistemi