Beynəlxalq antikorrupsiya tədbirində "ASAN xidmət"in təcrübəsi təqdim olunub

Beynəlxalq antikorrupsiya tədbirində "ASAN xidmət"in təcrübəsi təqdim olunub ASAN təcrübəsinin öyrənilməsi istiqamətində davamlı görüşlərin keçirilməsi müzakirə edilib
Sosial müdafiə
25 May , 2015 17:05
Beynəlxalq antikorrupsiya tədbirində ASAN xidmətin təcrübəsi təqdim olunub

Bakı. 25 may. REPORT.AZ/ Korrupsiya Əleyhinə Parlamentarilərin Qlobal Təşkilatı (GOPAC) BMT İnkişaf Proqramının dəstəyi ilə Belqradda Serbiya Milli Assambleyasında beynəlxalq konfrans keçirib. 

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnformasiya təminatı şöbəsindən "Report"a verilən xəbərə görə, tədbirdə "ASAN xidmət"i Agentliyin sədr müavini Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Konfransda Azərbaycan brendi olan "ASAN xidmət"in yaradılması və fəaliyyət məqsədləri barədə geniş təqdimat keçirilib. Dövlət xidmətlərinin daha effektiv, şəffaf yolla çatdırılmasında, korrupsiyaya qarşı mübarizədə, eyni zamanda elektron hökumət quruculuğunda "ASAN xidmət"in xüsusi rolu qeyd olunaraq bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından "ASAN xidmət"in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Tədbirdə "ASAN xidmət" və GOPAC-la əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və ASAN təcrübəsinin öyrənilməsi istiqamətində davamlı görüşlərin keçirilməsi müzakirə olunub.

Konfrans iştirakçıları dövlət xidmətlərinin göstərilməsi sahəsində “ASAN xidmət” konsepsiyasının örnək model olduğunu və bu təcrübənin digər ölkələrdə tətbiqinin əhəmiyyətini vurğulayıblar. 

Son xəbərlər

Orphus sistemi