Bakı. 30 noyabr. REPORT.AZ/ ASAN Könüllülərinin “ASAN Məktub” layihəsi çərçivəsində
Məlumata görə, layihədə “ASAN Qasid” kimi çıxış edən ASAN Könüllülərinin köməkliyi ilə öhdəçi vətəndaşlardan təhvil alınan 24 hədiyyə artıq sosial qayğıya ehtiyacı olan uşaqlara çatdırılıb və 24 vətəndaşa hədiyyələrin çatdırılması ilə bağlı fotoşəkillər e-poçt və digər əlaqə vasitələri ilə göndərilib.
Məlumata görə, öhdəçiliyə alınan 45 məktubun hədiyyələri isə həftə ərzində öz sahiblərinə çatdırılması nəzərdə tutulub.
Qeyd edək ki, hədiyyələr öhdəçi vətəndaşlardan onlara uyğun zamanda və uyğun məkanda təhvil alınaraq sahiblərinə çatdırılır.
“Uşaqlara ASAN sevgi” şüarı ilə həyata keçirilən “ASAN Məktub” layihəsinin əsas məqsədi heç bir maddi qazanc güdmədən 14 yaşadək sosial qayğıya ehtiyacı olan uşaqların arzu və istəklərini həyata keçirməkdir: "Siz də