“ASAN Akademiya” fəaliyyətə başlayıb

“ASAN Akademiya” fəaliyyətə başlayıb Layihə 2 ay davam edəcək
Sosial müdafiə
24 Avqust , 2016 11:07
“ASAN Akademiya” fəaliyyətə başlayıb

Bakı. 24 avqust. REPORT.AZ/ "ASAN Akademiya"nın açılış mərasimi keçirilib.

“ASAN Könüllüləri” Təşkilatının İctimaiyyətlə Əlaqələr Departamentindən "Report"a verilən məlumata görə, tədbirdə "ASAN Könüllüləri" Təşkilatının sədr müavini Rəbiyyə Cəfərova layihə haqqında geniş məlumat verib.

O bildirib ki, layihənin keçirilməsində əsas məqsəd, gənclərin fərdi inkişafına təkan vermək, gələcək karyeraları üçün faydalı addım atmalarına şərait yaratmaqdır. 

Daha sonra layihə təlimçiləri çıxış edərək layihədə iştirak hüququ qazanmış gəncləri təbrik edib, layihənin keçiriləcəyi müddət ərzində faydalı mövzularla zəngin müxtəlif təlimlərdə görüşəcəklərini bildiriblər.

Qeyd edək ki, 2 ay davam edəcək “ASAN Akademiya” layihəsi çərçivəsində iştirakçılara iş mühitinə psixoloji hazırlıq, biznesin təşkili, idarəçilik, layihələrin yazılması və təqdimatı haqqında müxtəlif təlimlər və praktiki məşğələlər keçiriləcək.

Son xəbərlər

Orphus sistemi