​Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti jurnalistlər üçün növbəti təlim kursu keçirib

​Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti jurnalistlər üçün növbəti təlim kursu keçirib Təlim “Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi” proqramı çərçivəsində baş tutub
Sosial müdafiə
18 Aprel , 2016 17:55
​Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti jurnalistlər üçün növbəti təlim kursu keçirib

Bakı. 18 aprel. REPORT.AZ/ Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) 15-17 aprel tarixlərində “Cənubi Qafqazda hüquq və məhkəmə islahatlarının dəstəklənməsi” proqramı çərçivəsində jurnalistlər üçün növbəti təlim kursunu keçirib.

“Report” xəbər verir ki, Xaçmaz rayonunun Nabran istirahət mərkəzində KİV nümayəndələri üçün təşkil edilən kursun əsas məqsədi Azərbaycan qanunvericiklərinin incəliklərini jurnalistlərə dolğun şəkildə çatdırmaqdır.

Təlimdə ekspert qismində hüquq eksperti, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov çıxış edib.

Qəzet və aparıcı informasiya vasitələrinin əməkdaşlarına təlim çərçivəsində “Əmək qanunvericiliyi, isçilərin hüquq və vəzifələri”, “Əmək müqavilələri, mülki hüquqi müqavilələri, könüllülük fəaliyyəti üzrə müqavilələr”, “İş rejimi və istirahət. İstirahət hüququnun həyata keçirilməsi”, “Təhlükəsiz və ədalətli əmək şəraiti”, “Əmək münasibətlərində gender şəraiti, siğorta ödənişləri” və s. kimi hüququn əhəmiyyətli maddələri ətrafında mühazirələr oxunub.

Son xəbərlər

Orphus sistemi