Mikayıl Cabbarov: "İnternatlardan 348 uşaq ailələrinə və ya yaxın qohumlarının himayəsinə qaytarılıb"

Mikayıl Cabbarov: "İnternatlardan 348 uşaq ailələrinə və ya yaxın qohumlarının himayəsinə qaytarılıb" "Bu il daha 7 internat məktəbinin transformasiyası nəzərdə tutulur"
Sosial müdafiə
4 İyun , 2015 11:24
Mikayıl Cabbarov: İnternatlardan 348 uşaq ailələrinə və ya yaxın qohumlarının himayəsinə qaytarılıb

Bakı. 4 iyun. REPORT.AZ/ "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı" çərçivəsində bu günə qədər 348 uşaq ailələrinə və ya yaxın qohumlarının himayəsinə qaytarılıb, 589 nəfər uşağın müəssisəyə yerləşdirilməsinin qarşısı alınıb". "Report" xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov valideyn himayəsindən məhrum olan uşaqların müdafiəsi istiqamətində görülən işlər barədə məlumat verərkən deyib.

Nazir qeyd edib ki, dövlət uşaq müəssisəsinə alternativ xidmət yaradılıb: "Hazırda nazirliyin tabeliyində 10 nəfər qız uşağı üçün tikilib istifadəyə verilən ailə tipli kiçik qrup evi fəaliyyət göstərir. Lənkəran şəhərində oğlanlar üçün tikilən ailə tipli kiçik qrup evi isə sentyabrda istifadəyə veriləcək".

Nazir uşaq müəssisələrinin transformasiyası ilə bağlı baş plan barədə də danışıb. O bildirib ki, baş plana uyğun olaraq, 12 internat məktəbi peşə-liseyinə, ümumtəhsil məktəblərinə və gimnaziyalara transformasiya olunub, 2 internat məktəbi isə ləğv edilib. Bu il daha 7 internat məktəbinin transformasiyası nəzərdə tutulur.

M.Cabbarov xatırladıb ki, dövlət uşaq müəssisələrində yaşayan uşaqların 37,7 faizi xüsusi təhsilə olan ehtiyacları səbəbindən xüsusi internat məktəblərinə yerləşdirilib: "İnteqrasiya və inklüziv təhsilin tətbiq olunması nəticəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəblərinin də transformasiyası mümkün olacaq. Transformasiyası nəzərdə tutulan müəssisələrdən biri də 11 saylı  inteqrasiya təlimi internat məktəbidir".

Son xəbərlər

Orphus sistemi