Prezident Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb

Prezident Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb Bakı. 18 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Daxili siyasət
18 İyul , 2018 20:29
Prezident Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb

Bakı. 18 iyul. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

"Report" xəbər verir ki, fərmanla Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi və strukturu təsdiq edilir, işçilərin say həddi 55 ştat vahidi müəyyən edilir.

Fərmanda göstərilir ki, Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin, bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

Fərmanla Xidmət dövlət qeydiyyatına alınması üçün bu fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etməli, Maliyyə Nazirliyi maliyyələşməni bir ay müddətində təmin etməli, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Son xəbərlər

Orphus sistemi