​Yaponiya şirkəti "Ocean Spiral" adlı sualtı şəhər layihəsini təqdim edib

​Yaponiya şirkəti "Ocean Spiral" adlı sualtı şəhər layihəsini təqdim edib Layihə yaponlara 26 milyon dollara başa gələcək
Sənaye
22 Noyabr , 2014 19:55
​Yaponiya şirkəti Ocean Spiral adlı sualtı şəhər layihəsini təqdim edib

Bakı. 22 noyabr. REPORT.AZ/ Yaponiyanın "Shimizu Corp." tikinti şirkəti sualtı şəhərin yaradılması üzrə layihə planını təqdim edib.

"Report" xəbər verir ki, uzunluğu təqribən 15 km, diametri 500 metr təşkil edəcək ''Ocean Spiral'' (okean spiralı) elmi-tədqiqat və yaşayış stansiyasından ibarət olacaq.

Spiralşəkilli tikilinin bir hissəsi suyun dibində, bir hissəsi isə su səthinin üzərində yerləşəcək.

İlkin proqnozlara görə, bu layihə yaponlara 26 milyon dollara başa gələcək. ''Ocean Spiral"-ın tikintisinə 5 il vaxt sərf olunacaq.

Layihə rəhbərlərinin sözlərinə görə, onlar bu elmi-tədqiqat stansiyasının köməkliyi ilə, dənizin dibindən enerji ehtiyatlarının hasilat üsullarını daha yaxşı öyrənmək niyyətindədirlər.

''Ocean Spiral"da bütün bunlarla yanaşı, 5 min nəfərə qədər insan tutumuna malik olacaq mehmanxanalar, mənzillər və ticarət meydançaları olacaq.

Son xəbərlər

Orphus sistemi