Xətai və Binəqədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Xətai və Binəqədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq "Azəriqaz" İB: Bu, qaz xətlərində aparılacaq təmir işləri ilə əlaqədardır
Sənaye
2 Avqust , 2016 19:38
Xətai və Binəqədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bakı. 2 avqust. REPORT.AZ/ Bakı şəhəri Xətai və Binəqədi rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a bildirilib ki, təbii qazın verilməsi ilə əlaqədar Xətai rayonu G.Şıxlinski küçəsindəki yaşayış binasına cəkilmiş qaz kəmərinin qoşulması, qaz xətlərində aparılacaq təmir işləri, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması məqsədi ilə avqustun 3-də   saat 9:00-dan 18:00-dək Xətai rayonunun Q.Nəbi, M.Rüstəmov, Cavanşir, Sadıqcan, M.Hadi, Mehmandarov, Gəncə prospekti və Zığ yolu ərazisində,həmçinin Binəqədi rayonunun Biləcəri qəsəbəsinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Son xəbərlər

Orphus sistemi