Türkmənistan öz gəmilərini Bakı Gəmiqayırma zavodunda tikməyə maraq göstərir

Türkmənistan öz gəmilərini Bakı Gəmiqayırma zavodunda tikməyə maraq göstərir R.Abdullayev deyib ki, Azərbaycanla Türkmənistan arasında siyasi baxımdan müsbət ve dost münasibətlər mövcuddur
Sənaye
21 Noyabr , 2014 23:06
Türkmənistan öz gəmilərini Bakı Gəmiqayırma zavodunda tikməyə maraq göstərir

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib ki, Türkmənistan öz gəmilərini Bakı Gəmiqayırma zavodunda tikmək istəyir.

“Report” xəbər verir ki, jurnalistlərə açıqlamaslnda Türkmənistan səfərindən bəhs edən R.Abdullayev qeyd edib ki, Azərbaycanla Türkmənistan arasında siyasi baxımdan müsbət ve dost münasibətlər mövcuddur.

Onun sözlərinə görə, bu münasibətləri iqtisadiyyat sahəsinə də yönəltmək lazımdır: “Mən Türkmənistanda konfransda çıxış etdim. Prezident Qurbanqulu Berdımuhammedov da bizi qəbul etdi. Bizim təkbətək görüşümüz oldu. Gələcəkdə bir çox sahələrdə, logistika, həmçinin xam neft və neft məhsullarının istifadəsi, həmin məhsulların daşınması sahəsində əməkdaşlıq edilməsi imkanları var”.

R. Abdullayev qeyd edib ki, Türkmənistan öz gəmilərini Bakı Gəmiqayırma zavodunda tikməyə maraq göstərir: “Həmçinin infrastrukturlardan istifadə etmək üçün də razılıq əldə edilib. Həm onlar bizim, həm də biz onların infrastrukturundan istifadə edəcəyik”.

Son xəbərlər

Orphus sistemi