​Sumqayıt Kimya Sənaye Parkında tikinti-quraşdırma işləri davam edir

​Sumqayıt Kimya Sənaye Parkında tikinti-quraşdırma işləri davam edir Sənaye parkının ərazisində rahat və maneəsiz hərəkəti təmin etmək üçün yollar salınır
Sənaye
3 İyun , 2016 20:36
​Sumqayıt Kimya Sənaye Parkında tikinti-quraşdırma işləri davam edir

Bakı. 3 iyun. REPORT.AZ/ Azərbaycanın ilk sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında tikinti-quraşdırma işləri davam edir. 

“Report” İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, sənaye parkının xarici elektrik və qaz, fiber optik kabel, yağış, içməli, texniki, kimyəvi, tullantı, yanğına qarşı su xətlərinin çəkilişi işləri başa çatıb.

Müasir sənaye parkları konsepsiyasına uyğun olaraq, sənaye parklarının kommunikasiya xətləri qalereya vasitəsi ilə çəkilib. Sənaye parkının ərazisində rahat və maneəsiz hərəkəti təmin etmək məqsədi ilə mərkəzi, dairəvi və ara yollar salınır. Hazırda parkın əsas giriş yolunun tikintisi işlərinin 95%-i, daxili avtomobil yollarının 20%-dək hissəsi yerinə yetirilib. Nəqliyyat xətləri parkın istehsal və qeyri-istehsal təyinatlı bütün ərazisini əhatə edəcək. Eyni zamanda Parkın Sosial zonasında yerləşən Peşə Tədris Mərkəzinin binasının tikintisi başa çatdırılıb. Hazırda binanın üzlənməsi və təmiri işləri aparılır.

Tikinti-quraşdırma işlərinə paralel olaraq Sumqayıt Kimya Sənaye Parkına yeni ayrılan 127,96 ha ərazidə aparılan söküntü və düzənlənmə işləri başa çatmaq üzrədir. Sözügedən işlər tam başa çatdıqdan sonra burada yeraltı və yerüstü infrastrukturun tikinti-quraşdırma işlərinə başlanılacaq.

Son xəbərlər

Orphus sistemi