Nazir müavini: "Neftin ucuzlaşması qabaqlayıcı tədbirlərin görülməsini zəruri edir"

Nazir müavini: "Neftin ucuzlaşması qabaqlayıcı tədbirlərin görülməsini zəruri edir" ​Sevinc Həsənovanın fikrincə, son 10 ildə görülmüş işlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi 5%-ə düşüb
Sənaye
17 Mart , 2015 15:27
Nazir müavini: Neftin ucuzlaşması qabaqlayıcı tədbirlərin görülməsini zəruri edir

Bakı. 17 mart. REPORT.AZ/ Son dövrlərdə dünya iqtisadiyyatının sürətli inteqrasiyası, geosiyasi risklər və iqtisadi təzyiqlərin yüksəlməsi digər ölkələr kimi Azərbaycanın da qarşısında çağırışlar qoyub. "Report" xəbər verir ki, bunu Bakıda "The Economist" jurnalının təşkilatçılığı ilə keçirilən Azərbaycan İnvestisiya Sammitində çıxışında iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bildirib.

S.Həsənovanın fikrincə, son 10 ildə görülmüş işlər nəticəsində Azərbaycanda yoxsulluğun səviyyəsi 40%-dən 5% civarına düşüb: "Dünya bazarında xam neftin qiymətinin keçən ilin sentyabrından 100 dollardan aşağı düşməsi, bu fonda dolların bahalaşması və Azərbaycanın əsas ticarət tərəfdaşlarında milli valyutanın ucuzlaşması manata təzyiqi artırıb, uzun müddətdə ölkə iqtisadiyyatının dayanıqlığını qorumaq üçün qabaqlayıcı tədbirlərin görülməsini zəruri edib. Bu şəraitdə son illərdə görülmüş bütün işlərin, tədbirlərin əhəmiyyəti artıb".

"Eyni zamanda, qarşıya qoyulmuş prioritetlərin həyata keçirilməsinin sürətləndirilməsinin zərurəti artır ki, biz öz hədəflərimizə nail olaq, iqtisadiyatımızın səmərəliliyini, rəqabətqabiliyyətini artıraq, makroiqtisadi sabitliyi qoruyaq, qeyri-neft sektorunu inkişafını təmin edək", - deyə nazir müavini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi