​Azərbaycanda sənayenin inkişafına dair 5 illik Dövlət Proqramının təqdimatı keçirilib

​Azərbaycanda sənayenin inkişafına dair 5 illik Dövlət Proqramının təqdimatı keçirilib Ötən il ölkədə 230-dan çox yeni sənaye müəssisəsi açılıb
Sənaye
12 Fevral , 2015 16:10
​Azərbaycanda sənayenin inkişafına dair 5 illik Dövlət Proqramının təqdimatı keçirilib

Bakı. 12 fevral. REPORT.AZ/ Fevralın 12-də Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın təqdimatı keçirilib.

"Report"un xəbərinə görə, tədbirdə aidiyyəti dövlət orqanlarının, müəssisə və təşkilatların, sənaye sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.

Ötən 2014-cü ilin ölkədə “Sənaye ili” elan edildiyini qeyd edən iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov görülmüş işlər barədə məlumat verib. O qeyd edib ki, 2014-cü ildə ölkədə 230-dan çox yeni sənaye müəssisəsi açılıb, mövcud sənaye müəssisələrinin istehsal gücləri genişləndirilib.

N.Səfərov təqdimatı keçirilən “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın strukturu, əsas məqsədləri, vəzifələri, nəzərdə tutulan tədbirlərin istiqamətləri barədə məlumat verib.

Qeyd olunub ki, Dövlət Proqramında sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elmtutumlu və innovativ istehsalın genişləndirilməsi, yeni istehsal sahələri üçün ixtisaslı kadrların hazırlanması kimi mühüm məqsədlər irəli sürülüb. Proqramda sənayenin rəqabət qabiliyyətinin artırılması və potensialının gücləndirilməsi, sənaye zonaları və klasterlərinin qurulması, kadr potensialının və elmi təminatın gücləndirilməsi, sənaye müəssisələrinin fəaliyyətinin dəstəklənməsi də daxil olmaqla 24 istiqamət müəyyənləşdirilib.

Xatırladaq ki, proqramın həyata keçirilməsi qeyri-neft sənayesinin modernləşməsi və diversifikasiyasına, sənaye məhsullarının ixracının artımına, sənaye istehsalında regionların payının yüksəlməsinə, yeni iş yerlərinin yaradılmasına, sənaye müəssisələrinin sənaye zonalarında cəmləşməsinə xidmət edəcək.

Son xəbərlər

Orphus sistemi