​Şəhər mağazalarında keyfiyyətsiz malların satışı halları aşkar edilib

​Şəhər mağazalarında keyfiyyətsiz malların satışı halları aşkar edilib Qanun pozuntusuna yol vermiş şəxslər barəsində tədbirlər görülür
Sənaye
25 Noyabr , 2014 06:13
​Şəhər mağazalarında keyfiyyətsiz malların satışı halları aşkar edilib

Bakı. 25 noyabr. REPORT.AZ/ İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir.

"Report" İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən xəbər verir ki, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı Sumqayıt, Bakı (Suraxanı, Yasamal rayonları), Kürdəmir, Gəncə, İsmayıllı, Masallı, Qax, Balakən şəhərlərində və Ağdam rayonunda istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları aşkar edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi